QAN DONDURAN HADİSƏ: İntihar edəcəyini yazan 10 yaşlı Etibarın meyiti tapıldı - YENİLƏNİB
04 iyun 2017 14:10 (UTC +04:00)

QAN DONDURAN HADİSƏ: İntihar edəcəyini yazan 10 yaşlı Etibarın meyiti tapıldı - YENİLƏNİB

Dünən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Muğan kanalının Saatlı rayonunun, Qaralar kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 120 km aralı, nəzarətsiz ərazidə)1 nəfərin batması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. 04 iyun 2017-ci il tarixində 2007-ci il təvəllüdlü, Fərəcov Etibar Ramin oğlunun cəsədi, ”Salyan” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən batdığı yerdən 3 kilometr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:54-də başa çatıb.

 

Qeyd edək ki, 10 yaşlı Etibar evdə dalaşandan sonra hasara intihar edəcəyi ilə bağlı cümlə yazıb. Onun ayaqqabısı kanalın kənarında tapılmışdı.

 

 

xxxxx

 

3 iyun 16:34

 

Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, ötən gündən itkin düşdüyü üçün suda axtarışları aparılan uşaq 10 yaşlı Fərəcov Etibar Ramil oğludur.

 

Sayt yazır ki, xaraktercə əsəbi olan uşaq evdə anası ilə mübahisə etdikdən sonra hasarlarına “intihar etməyə gedirəm” yazaraq yoxa çıxıb. Evlərindən təxminən 1 km aralıdan keçən Mil-Muğan kanalında uşağın ayaqqabısının bir tayı tapıldığından, onun özünü intihar məqsədi ilə kanala atdığı ehtimal olunur.

 

**

13:16

Saatlı da azyaşlı uşaq kanala düşüb.

 

Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Baş Muğan kanalının Saatlı rayonu, Qaralar kəndi ərazisindən keçən hissəsində azyaşlı uşağın suya düşməsi barədə məlumat daxil olub.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin KGN və SXDX-nın axtarış qrupu hadisə yerinə cəlb olunub. Axtarışlar davam etdirilir, əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar