Saatlıda  yanmış evdə meyit aşkarlandı
06 iyun 2016 07:57 (UTC +04:00)

Saatlıda yanmış evdə meyit aşkarlandı

0

Saatlı rayonu, Xanlarkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı qamışdan ibarət evin yanar konstruksiyaları yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın kəşfiyyatı zamanı ev sahibinin oğlu 1975-ci il təvəllüdlü Elşad Səyyah oğlu Əmirovun yanmış meyiti aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar