Saatlı polisi: “Yalandı!”
07 dekabr 2014 23:58 (UTC +04:00)

Saatlı polisi: “Yalandı!”

0

 Saatlı polisi ovçularla su nəqliyyatı polisi arasında atışma baş verməsi barədə xəbəri təkzib edib.

Saatlı rayon Polis Şöbəsinin rəis müavini Hacı Əhmədov APA-nın Mil-Muğan bürosuna deyib ki, dekabrın 6-da rayonun Azadkənd kənd sakinləri Rizvan Səfərov və Cəmaləddin Səmədov ov ediblər. Onların ov etmək üçün sənədləri yoxlanılarkən, birinin sənədi qaydasında olmayıb və polis idarəsinə dəvət ediliblər: “Akt tərtib edilib və tədqiqat idarəsinə göndəriliblər. Bundan sonra ovçular sərbəst buraxılıblar”.

 

Polis rəisinin müavini ovçularla polis arasında silahlı insident olması ilə bağlı xəbərləri təkzib edib: “Belə bir hadisə, hətta müqavimət göstərilməsi də olmayıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 239

Oxşar yazılar