
Rüstəm Usubov Ağstafada 4 nəfərin qətlindən danışdı
"Azərbaycanda namus və digər əsaslarla törədilən qəsdən adam öldürmə cinayətləri ilə bağlı daim təhlillər aparılır".
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.
Onun sözlərinə görə, bunun nəticəsində müəyyən profilaktik tədbirlər görülür, təqdimatlar edilir: "Azərbaycanda qətl hadisələrinin sayı ildən-ilə azalır, bu qətllərin üstünün açılma faizi isə yüksəlir".
Rüstəm Usubov Ağstafada 4 nəfərin qətlə yetirilməsi ilə bağlı da açıqlama verib. Baş prokurorun müavini qeyd edib ki, ailələr arasında uzunmüddətli dava olub: "Vəzifəli şəxslər vaxtı ilə ailələrlə ciddi söhbətlər apararaq onları həmişə barışığa dəvət edib. O zaman buna nail olunmuşdu. Bunun nəticəsində verilən cəzaların müddəti azaldılmışdı. Aradan uzun müddət keçməsinə baxmayaraq, Elnur Süleymanov qisas almaq niyyətinə düşüb və cinayəti törədib. Hazırda Səhiyyə Nazirliyi yaralıların səhhəti ilə məşğul olur".
Oxşar yazılar

Səfirliyin avtomobili qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 12:26
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52