Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda Rusiyadan Azərbaycana gələn yerli vətəndaşın üzərindən pnevmatik tapança tapılıb.
DGK-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xarkov-Bakı sərnişin qatarı ilə gələn şəxsin əl yüklərinə qanunvericiliyə uyğun olaraq gömrük baxışı keçirilib. Yoxlama zamanı həmin şəxsə aid əl çantasının içərisində gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd pnevmatik tapança, onun üçün nəzərdə tutulan 8 ədəd qaz balonu və 2 qutuda 1000 ədəd kürəciklər ortaya çıxarılaraq götürülüb.
Bildirək ki, faktla bağlı araşdırma aparılır.