Rusiyada küçədə azərbaycanlının meyiti tapılıb
Ötən gecə Rusiyada Vasilyevski adasında azərbaycanlının meyiti tapılıb.
ONA-nın xəbərinə görə, bu barədə “Nevskiye Novosti” saytı məlumat yayıb.
Bildirilir ki, meyit mağazanın qarşısında səkidə aşkar edilib. Polisin məlumatına əsasən, meyitin üzərində zorakılıq əlamətləri yoxdur. İlkin araşdırma zamanı ölən şəxsin Sankt-Peterburqda yaşayan 30 yaşlı azərbaycanlı olduğu məlum olub.
Meyit məhkəmə-tibbi ekspertizaya göndərilib.
481