Rusiyanın axtarışa verdiyi şəxs Azərbaycanda tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 102-ci (qəsdən adam öldürmə), 125-ci (adam oğurluğu) və 147-ci (dələduzluq) maddələri ilə axtarışda olan Oqtay Həsənov tutulub.
Araşdırma aparılır.