Rusiyada 6 uşağını, arvadını və anasını öldürən şəxs saxlanıldı
05 avqust 2015 05:19 (UTC +04:00)

Rusiyada 6 uşağını, arvadını və anasını öldürən şəxs saxlanıldı

Rusiyanın Nijni Novqorod şəhərində altı uşağını, yoldaşını və anasını qətlə yetirməkdə şübhəli bilinən Oleq Belov Vladimir vilayətinin Kovrov şəhərində qayınanasının evində  saxlanılıb. Bu barədə APA “LifeNews”-a istinadən xəbər verir.

 

“Saxlanılan an Belov evdə olub. Onun motivləri hələlik məlum deyil. Onun orada pusqu qurduğu, yaxud da, sadəcə, gizləndiyi ehtimal olunur”, deyə mənbə bildirib.   

 

Məlumata görə, şübhəli şəxs Kovrovda xüsusi əməliyyat zamanı saxlanılıb. Saxlanılma yerli sakinlər üçün təhlükəsiz yerdə həyata keçirilib.  Saxlanılan zaman  Oleq Belov sərt müqavimət göstərib və bıçaqla əməliyyatçılara hücum edib. Cinayətkarı zərərsizləşdirmək məqsədilə polis əməkdaşları xidməti silahdan istifadə etməli olublar.

 

Məlumata görə, saxlanılan şəxs hazırda  qarın nahiyəsindən aldığı güllə yarası ilə tibbi müəssisələrin birinə yerləşdirilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306
avatar

Oxşar yazılar