"Uzaq Şərq"də batan qardaşlardan biri xilas edilib - <span style="color:red;">ADLAR - YENİLƏNİB- 2
02 aprel 2015 15:02 (UTC +04:00)

"Uzaq Şərq"də batan qardaşlardan biri xilas edilib - ADLAR - YENİLƏNİB- 2

 

Oxot dənizində “Uzaq Şərq” adlı böyük balıqçı gəmisinin batdığı yerdə aparılan xilasetmə işləri nəticəsində daha bir Azərbaycan vətəndaşı xilas edilib.


Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, xilas olunan şəxs Əliyev Yaşar Sərdan oğludur.

***

 

Oxot dənizində batan “Uzaq Şərq” adlı böyük balıqçı gəmisinin heyət üzvləri arasında olan Azərbaycan vətəndaşlarının adları açıqlanıb.APA-nın Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan vətəndaşları aşağıdakılardır:

 

Səfərov Məhəmməd Səfər oğlu (12.02.1964)
 

Talıbov Mayilağa Ulduz oğlu (28.12.1964)
 

Məhərrəmov Muradəli Qurban oğlu (09.04.1987)
 

Əliyev Elman Sərdan oğlu (17.10.1964)
 

Şakirov Fazil Bilal oğlu (23.10.1959)
 

Əliyev Yaşar Sərdan oğlu (13.03.1975)
 

Sadıqov İməməddin Hidayət oğlu (23.02.1969). 

 

M. Talıbov, E. Əliyev və İ. Sadıqov qəzadan sonra xilas edilənlər arasındadır. Digərlərinin taleyi barədə hələlik məlumat yoxdur.

 

Xatırladaq ki, qəza zamanı 54 nəfərin öldüyü barədə xəbər yayılıb.

 

***

 

Aprelin 1-də gecə saatlarında Oxot dənizində batan “Uzaq Şərq” adlı böyük balıqçı gəmisinin heyət üzvləri arasında azərbaycanlılar da olub. Lent.az-ın Ruiya KİV-ə istinadən gəmidə olan həmyerlilərimizin soyadlarını təqdim edir. Onların taleyi barədə  hələki dəqiq məlumat verilmir.

 

Abdullayev F.S. - matros

Səfərov M.S. - matros

Sadiqov İ.Q. - mexanik

Talıbov M.U. -  mexanik

Əliyev E.S. - usta

Əliev Y.S. - matros

Rəhimov A. M. – baş usta

Həsənov C. İ. – usta.

***

 

Aprelin 1-də gecə saatlarında Oxot dənizində batan “Uzaq Şərq” adlı böyük balıqçı gəmisinin heyət üzvləri arasında azərbaycanlılar da olub.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, gəminin batması barədə məlumat Moskva vaxtı ilə saat 23.39-da alınıb. Maqadan şəhərindən 300 km aralıda batan gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilir.  Onlardan 117-si sudan çıxarılıb. 54 nəfər ölüb, 15 balıqçının taleyi hələlik bəlli deyil.

 

Xilas olunanlar donma nəticəsində ağır, bəziləri isə çox ağır vəziyyətdədir.

 

Heyət üzvləri arasında neçə nəfər azərbaycanlının olduğu və onların adları hələlik açıqlanmayıb.

 

Qeyd edək ki, “Uzaq Şərq” traulerinin uzunluğu 104 metr, eni 16 metr, tonnajı 5,7 tondur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10