Rusiya Gömrük Xidmətinin rəhbəri: “Azərbaycanlı həmkarlarımızdan çox şey öyrənirik”
02 aprel 2015 19:03 (UTC +04:00)

Rusiya Gömrük Xidmətinin rəhbəri: “Azərbaycanlı həmkarlarımızdan çox şey öyrənirik”

 "Rusiya gömrükçüləri çox şeyi azərbaycanlı həmkarlarından öyrənir.

 

APA-Economics”in məlumatına görə, bunu “Vestnik Kavkaza” xəbər portalına müsahibəsində Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov bildirib.

 

"Bu il mən Bakıda oldum və biz Azərbaycandan Rusiyaya gələn və ölkəmizdən Azərbaycana aparılan yeyinti məhsulları üçün “yaşıl dəhliz”in yaradılması məsələlərini müzakirə etdik. Belə ki, biz bu cür məhsulların sərhəddə hərəkət edilməsi üçün rahat şəraitin yaradılmasında maraqlıyıq. Biz maksimal olaraq bu məhsulların Rusiya istehlakçılarına çatdırılmasında maraqlıyıq. Artıq bu məsələdə müəyyən razılıqlar da əldə etmişik”.

 

Onun sözlərinə görə, azərbaycanlı tərəfdaşlarla əməkdaşlıq etmək çox maraqlıdır. “Biz onlardan çox şey öyrənirik. Azərbaycan gömrükçüləri, xüsusilə, informasiya texnologiyaları, o cümlədən, texniki vasitələrin keçidinin təmin edilməsi sahələrində çox inkişaf ediblər. Azərbaycandan götürüləsi çox şey var və biz bunları gündəlik təcrübəmizdə istifadə edəcəyik. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev MDB ölkələrinin gömrük rəhbərləri arasında duayendir. Böyüyə qarşı isə yalnız hörmətlə yanaşmaq lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402

Oxşar yazılar

Qusarda zəlzələ  baş verdi

Qusarda zəlzələ baş verdi

8 may 2025 , 01:17
Oğuzda maşın aşdı:  yaralılar var -  VİDEO

Oğuzda maşın aşdı: yaralılar var - VİDEO

7 may 2025 , 23:43
Nəsimi rayonunda yanğın - VİDEO

Nəsimi rayonunda yanğın - VİDEO

7 may 2025 , 21:40
Sabirabadda kişi küçədə özünü asdı

Sabirabadda kişi küçədə özünü asdı

7 may 2025 , 19:33
Şəhər Polis İdarəsinin rəisinə   cinayət işi açıldı

Şəhər Polis İdarəsinin rəisinə cinayət işi açıldı

7 may 2025 , 18:52
Gədəbəydə 86 yaşlı kişinin asılmış meyiti  tapıldı

Gədəbəydə 86 yaşlı kişinin asılmış meyiti tapıldı

7 may 2025 , 18:39
“Qalatasaray”ın keçmiş futbolçusu həbs edilib?  -  VİDEO

“Qalatasaray”ın keçmiş futbolçusu həbs edilib? - VİDEO

7 may 2025 , 18:12
Cəlilabadda FACİƏ:  məktəbli qızı maşın vurub öldürdü

Cəlilabadda FACİƏ: məktəbli qızı maşın vurub öldürdü

7 may 2025 , 17:50