Rusiya ABŞ-ı təxribatda günahlandırdı
06 may 2016 23:36 (UTC +04:00)

Rusiya ABŞ-ı təxribatda günahlandırdı

Rəsmi Moskva mayın 11-26-da Gürcüstanda keçiriləcək "Noble Partner 2016” hərbi təlimlərini təxribat kimi qiymətləndirib.

 

APA-nın məlumatına görə, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

 

“NATO hərbçilərinin müntəzəm olaraq Gürcüstan ərazisində peyda olması Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyəti şüurlu şəkildə laxlatmağa yönələn təxribatdır”, məlumatda vurğulanıb.

 

Qeyd edək ki, “Noble Partner” hərbi təlimləri Gürcüstanda ikinci dəfə keçirilir. Gürcüstan müdafiə nazirliyinin məlumatına əsasən, təlimlərdə 500 Gürcüstan, 650 ABŞ və 150 Böyük Britaniya hərbçisi iştirak edəcək. Təlimlərə ABŞ-ın C-130 tipli hərbi təyyarələri cəlb olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar