Ruhi xəstə 6 avtomobili yandırdı -<span style="color:red;"> GƏDƏBƏYDƏ
25 iyun 2016 13:36 (UTC +04:00)

Ruhi xəstə 6 avtomobili yandırdı - GƏDƏBƏYDƏ

0

 

Gədəbəydə 6 avtomobil yanıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə rayonun Şınıx bölgəsində yerləşən Arabaçı və Zamanlı kəndlərində qeydə alınıb. Gədəbəy rayon Yanğından Mühafizə Hissəsindən bildirilib ki, kəndlərdə “QAZ-53”, “Uaz”, “VAZ-2106” və “Zil-130” və iki ədəd “Niva” markalı avtomobillər müxtəlif dərəcədə yanıb. Avtomobillərdən yalnız “Qaz-53” tam yanaraq sıradan çıxıb.

 

Gədəbəy rayon Polis Şöbəsindən verilən məlumata görə, yanğını 1991-ci il təvəllüdlü Novruz Vəliyev törədib. Onun ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar