Ruhani Azərbaycan və Ermənistan prezidentləri ilə danışıb
06 aprel 2016 20:17 (UTC +04:00)

Ruhani Azərbaycan və Ermənistan prezidentləri ilə danışıb

0

İran prezidenti  Həsən Ruhani  Azərbaycan və Ermənistan  prezidentləri ilə  telefon danışığı aparıb.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezident aparat rəhbərinin  siyasi məsələlər üzrə müavini Həmid Abutalibi deyib.

 

“Prezidentlər münaqişə  bölgəsindəki son durumu müzakirə ediblər. İran prezidenti tərəfləri atəşkəsə ciddi şəkildə riayət etməyə çağırıb. Söhbət zamanı atəşkəs rejiminin qorunub saxlanılması və münaqişənin sülh yolu ilə həllinin  zəruriliyi  vurğulanıb”, deyə H.Abutalibi bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar