Ulduz futbolçu Ronaldinyo karyerasını bitirməyə tələsmir. Apasport.az saytının məlumatına görə, bu barədə oyunçunun qardaşı və meneceri Roberto Asis açıqlama verib.
Braziliya mətbuatına danışan Asis Roninin iki seçim qarşısında qaldığını bildirib. O, 36 yaşlı ulduzun ya ABŞ-a köçüb MLS-də, ya da Çin Super Liqasında çıxış etmək istədiyini deyib.
Qeyd edək ki, 2005-ci ildə dünyanın ən yaxşısı seçilən futbolçu, iki dəfə La Liqa, bir dəfə də Çempionlar Liqası kubokunu qazanıb. Ronaldinyo son olaraq ötən ilin sentyabrında “Fluminense”dən ayrılmışdı.