Madrid "Real"ının və Braziliya yığmasının sabiq əfsanəvi futbolçusu Roberto Karlos "Kral klubu"ilə müqavilə imzalayıb.
Trend-in "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, R.Karlos komandanın akademiyasında çalışacaq.
42 yaşlı idmançı "Real"ı Asiya ölkələrində təmsil etməklə bu işinə diplomatik çalar da qatacaq.