Rəsul Cəfərova qarşı əlavə ittihamlar elan edilib
12 dekabr 2014 19:02 (UTC +04:00)

Rəsul Cəfərova qarşı əlavə ittihamlar elan edilib

 İnsan Haqları Klubunun həbsdə olan sədri, hüquq müdafiəçisi Rəsul Cəfərova qarşı əlavə ittihamlar elan edilib.

 

 

Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən R. Cəfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə əlavə ittiham elan olunub.

 

Qeyd edək ki, R. Cəfərov avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.

 

Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbirinin seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 69
avatar

Oxşar yazılar