Rəşad Məmmədovdan şikayət edən iş adamı ərizəsini geri götürüb
26 yanvar 2016 12:50 (UTC +04:00)

Rəşad Məmmədovdan şikayət edən iş adamı ərizəsini geri götürüb

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovdan şikayət edən iş adamı ərizəsini geri götürüb.

 

Bu barədə APA-ya R. Məmmədovun vəkili Akif Əlizadə məlumat verib. O, qeyd edib ki, R. Məmmədovun həbsinə səbəb olan və həmin cinayət işində zərərçəkən kimi tanınan iş adamı Zabil Salmanov bir neçə gün əvvəl istintaqa ifadə verib: “İş adamı Rəşad Məmmədovla heç bir probleminin olmadığını və ona qarşı verdiyi şikayət ərizəsini geri götürdüyünü açıqlayıb”.

 

Vəkil qeyd edib ki, yaxın günlərdə istintaq Z. Salmanovun ifadəsinə qiymət verəcək: “Böyük ehtimalla Rəşad Məmmədovun cinayət təqibinə xitam veriləcək və o, həbsdən azad olunacaq”.

 

Qeyd edək ki, R. Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən bu ilin may ayında tutulub. O Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213
avatar

Oxşar yazılar