[b]Ramil Usubov cəbhədəki döyüşlərdən danışdı[/b]
08 aprel 2016 18:47 (UTC +04:00)

[b]Ramil Usubov cəbhədəki döyüşlərdən danışdı[/b]

Aprelin 8-də Daxili İşlər Nazirliyində "Uçot-qeydiyyat intizamına riayət edilməsi”nin, "Mülkiyyət əleyhinə olan, xüsusən soyğunçuluq, quldurluq və avtonəqliyyatın qaçırılması cinayətlərinin qarşısının alınması və açılması"nın, həmçinin, “Cinayətlərin profilaktikası" sahəsində görülən işlərin  vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov gündəliyə keçməzdən əvvəl, cari il aprelin 2-nə keçən gecə Ermənistanın Silahlı Qüvvələri tərəfindən təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı yaşayış məntəqələrinin və Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin bütün cəbhə boyu iriçaplı silahlardan, minaatanlardan, qumbaraatandan və artilleriya qurğularından intensiv atəşə tutulduğunu xatırladıb. O, xüsusilə vurğulayıb ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun gördüyü cavab tədbirləri, həyata keçirdiyi döyüş əməliyyatları və endirilmiş sarsıdıcı zərbələr nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, döyüş texnikası və hərbi infrastrukturu məhv edilib, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri tam azad olunub. Cəbhəboyu rayonlarda əhalinin təhlükəsizliyinin təmin olunmasında polis orqanları üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.

 

Təəssüflə qeyd olunub ki, döyüş əməliyyatları bizim üçün də itkisiz ötüşməyib. Ramil Usubov ordumuzun göstərdiyi şücaətin, qəhrəmanlığın xalqımızda, xüsusən gənclər arasında böyük ruk yüksəkliyi yaratdığını, şəhid olmuş əsgər və zabitlərimizin böyük coşğu ilə dəfn olunmasının, minlərlə insanın qatıldığı həmin mərasimlərin xalqımızın öz dövləti, Prezidenti ilə sıx birliyinin, vətən və torpaq sevgisinin, sülh danışıqlarının heç bir nəticə verməyəcəyi təqdirdə işğal altındakı torpaqlarımızı hərb yolu ilə azad etmək əzminin növbəti əyani təzahürü olduğunu diqqətə çatdırıb.   

 

Nazirin təklifi ilə şəhid olmuş hərbçilərimizin, həmçinin, mülki vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra iclasın gündəliyinə toxunan daxili işlər naziri müzakirəyə çıxarılan hər üç məsələnin aktual olduğunu, fəaliyyətin mühüm istiqamətlərini əhatə etdiyini bildirib. Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov çıxış edib. O deyib ki, aidiyyəti fəaliyyət sahəsi daim diqqət mərkəzində saxlanılmaqla hüquqi statistika, əməliyyat-sorğu, kriminal yönümlü məlumatların toplanılması, emalı və arxivləşdirilməsi sürətləndirilib, yeni informasiya bankları formalaşdırılıb. İstismar edilən avtomatlaşdırılmış sistemlər və proqram təminatları mütəmadi yenilənib, cinayətkarlığa qarşı mübarizədə onlardan geniş istifadə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 145
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21