Azərbaycan müdafiə nazirinin keçmiş müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin qardaşına yeni vəzifə verilib.
APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə Rafael Rzayev nazirlikdə şöbə rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, R. Rzayev Şamaxının hərbi komissarı olub. 2009-cu ildə Rail Rzayev qətlə yetiriləndən bir neçə gün sonra Rafael Rzayev tutduğu vəzifədən uzaqlaşdırılaraq, ordudan tərxis edilib.