Quyuya düşən Bakı sakini xilas olundu
02 aprel 2015 06:05 (UTC +04:00)

Quyuya düşən Bakı sakini xilas olundu

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin quyuda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş dərinliyi 1,5 metr olan çuxura düşüb və köməksiz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı çuxurdan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:24-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 245

Oxşar yazılar