Bakıda vətəndaşdan külli miqdarda narkotik vasitə götürülüb. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Nərimanov RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qusar rayon sakini, 1970-ci il təvəllüdlü Əmrah Mövludovdan 9 kiloqramdan artıq qurudulmuş marixuana götürülüb.
Araşdırma aparılır.