Quldurluq edən dəstə yaxalandı
Abşeron rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini T.Baxşıyev oktyabrın 5-də saat 3 radələrində 4 nəfərin onu döyərək 550 manatını aldıqlarını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Babayev, Yevlax rayon sakini T.İmranov, Gədəbəy rayon sakini M.Ələsgərov saxlanılıblar.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
552