Qoz ağacından yıxılan 35 yaşlı kişi öldü
28 sentyabr 2019 12:39 (UTC +04:00)

Qoz ağacından yıxılan 35 yaşlı kişi öldü

Qəbələ sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Vəndam qəsəbəsində qeydə alınıb.
 
Qəsəbə sakini, 35 yaşlı Mustafayev Orxan Novruz oğlu yaşadığı evin həyətindəki qoz ağacından meyvə toplayarkən ehtiyatsızlıq edib və yıxılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan O.Mustafayev Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, O.Mustafayev dünyasını dəyişib.
 
Qeyd edək ki, dörd gün öncə rayonun Kürd kənd sakini, 1963-cü il təvəllüdlü İbrahimov Yunis Məhəmməd oğlu da qoz ağacından yıxılaraq hadisə yerində ölüb.
 
Faktla bağlı araşdırma aparılır.
 
  
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 784
avatar

Oxşar yazılar