Bakıda qətl törədilib. Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Samir Həsrət oğlu Zeynalov aralarında yaranan münaqişə zəminində qonşusu, 1969-cu il təvəllüdlü Nizami Səlimxan oğlu Nuriyevi bıçaqlayaraq qətlə yetirib. İlkin məlumata görə, 30 yaşlı Samir bir müddət öncə Sulutəpədə öldürülən şəxsin evində kirayənəşin kimi qalıb. Sonra aralarında yaranan narazılıqla bağlı ev sahibi kirayənəşini evindən qovalayıb.
Hadisə qonşuların gözü qarşısında baş verib.
APA TV-nin xəbərinə görə, hadisəni törədəndən sonra Samir Həsənov könüllü polisə təslim olub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
***
10:34
Bakıda qətl hadisəsi baş verib.
Binəqədi Rayon Polis İdarəsindən
APA-ya verilən məlumata görə, hadisə Sulutəpə qəsəbəsində, "Sahil" şadlıq evinin yaxınlığında qeydə alınıb.
Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Samir Həsrət oğlu Zeynalov aralarında yaranan münaqişə zəminində qonşusu, 1969-cu il təvəllüdlü Nizami Səlimxan oğlu Nuriyevi bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən S. Zeynalov tutulub.