Qonşusu tərəfindən bıçaqlandı
16 aprel 2016 22:41 (UTC +04:00)

Qonşusu tərəfindən bıçaqlandı

0

Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov İbrahim İbrahimxan oğlu qol nahiyəsinin bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. İ. İbrahimov mübahisə zəminində qonşusu tərəfindən bıçaqlandığını bildirib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar