Qonşular arasında mübahisə bıçaqlanma ilə nəticələndi
16 aprel 2015 22:40 (UTC +04:00)

Qonşular arasında mübahisə bıçaqlanma ilə nəticələndi

0

Qusar rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Gədəzeyxur kənd sakini 1973-cü il təvəllüdlü Bədəlxanov Əsəd Vahid oğlu bıçaqlanıb. O, Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Yaralıya döş qəfəsinin daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, vəziyyəti orta ağırdır.

 

Qusar rayon Polis Şöbəsindən bildirilib ki, Ə. Bədəlxanov qonşusu tərəfindən aralarında yaranan mübahisə zəminində bıçaqlanıb.

 

Hazırda onu bıçaqlayan şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar