Gəncə şəhər sakinin qolu kəsilib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1984-cü il təvəllüdlü Ruslan Mustafayev sol qolun kəsilmiş xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, R. Mustafayev sərxoş halda sol qolu ilə pəncərə şüşəsinə zərbə endirib və şüşə onun qolunu kəsib.