Qohum evindən külli miqdarda pul apardı
Polis əməkdaşları evdən və mağazadan oğurluq edən şəxsləri saxlayıb.
Lent.az nazirliyə istinadla həmin hadisələri təqdim edir.
Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-na keçən gecə rayon ərazisindəki köşklərin birindən 2580 manat dəyərində tütün məmulatı və monitor oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş V.Əkbərov saxlanılıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 16-da rayon ərazisindəki evlərin birindən 5746 manat oğurlamaqda şübhəli bilinən rayon sakini olan qohumu, əvvəllər məhkum olunmuş R.Hüseynov saxlanılıb.
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 1 həyətyanı sahədən 90 ədəd metal boru, 1 evdən 80
manat, 1 mağazadan isə tütün məmulatı və spirtli içki oğurlamaqda şübhəli bilinən Z.İlyasov sentyabrın 24-də tutulub.
Ətrafında aparılmış tədbirlərlə onun Quba rayon sakini C.Abdullayevlə birgə daha 1 evdən kombi aparatı və televizor, 1 mağazadan isə 200 manat oğurlaması da müəyyən edilib.
Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də Naxçıvan şəhər sakini R.Cəfərovun içərisində 320 manat olan pulqabısını və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Orucov saxlanılıb.
508