Gömrükdə qızıl-zinət əşyaları aşkarlandı
07 iyun 2016 10:43 (UTC +04:00)

Gömrükdə qızıl-zinət əşyaları aşkarlandı

Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “Mercedes-Benz E 220” markalı avtomobillə gələn Azərbaycan vətəndaşı hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılması məqsədilə sorğu-sual edilib. Lent.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, sorğu-sual zamanı vətəndaş üzərində qızıl-zinət əşyalarının olduğunu etiraf edib və 2 ədəd bağlamanı gömrük nəzarətinə təqdim edib. Baxış zamanı həmin bağlamaların içərisində gömrük bəyannaməsində göstərilməmiş, ümumi xalis çəkisi 562.13 qram təşkil edən qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 297
avatar

Oxşar yazılar