Qəzzada növbəti 3 günlük atəşkəs əldə olunub
05 avqust 2014 07:32 (UTC +04:00)

Qəzzada növbəti 3 günlük atəşkəs əldə olunub

0
İsrail Qəzza zolağında 72 saatlıq atəşkəsin elan olunmasına razılığını verib.
 
Lent.az-ın “Röyters”ə istinadən verdiyi xəbərə görə, tərəflər arasında əldə olunmuş yeni atəşkəs rejimi bu gün Bakı vaxtı ilə 14.00-dan qüvvəyə minəcək.  
 
Qeyd edək ki, bundan əvvəl, avqustun 1-də Qəzza zolağında 3 günlük atəşkəs əldə olunmuşdu, lakin  razılaşma “HƏMAS” qruplaşması tərəfindən pozulmuşdu.     
 
Bundan başqa, bu günlərdə Misirin təşəbbüsü əsasında hər iki ölkənin nümayəndə heyətlərinin Qahirədə görüşü gözlənilir.  Görüşdə geniş əhatəli atəşkəs sazişi çərçivəsində qarşıdurmanın  dərhal dayandırılması məsələsi müzakirə olunacaq.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 676

Oxşar yazılar