Qənirə Paşayeva Malta prezidenti ilə görüşüb
19 may 2016 10:07 (UTC +04:00)

Qənirə Paşayeva Malta prezidenti ilə görüşüb

0

 

Millət vəkili Qənirə Paşayeva Malta prezidenti xanım Marie Lousie Colerio Preca  ilə görüşüb.

 

Lent.az-ın məlumatına görə, görüş zamanı Malta prezidenti ilə Azərbaycan prezidenti İlham Əliyevin yüksək səviyyəli əməkdaşlığı və səyləri nəticəsində bütün sahələrdə daha da inkişaf edən əlaqələrin parlamentlərarası əməkdaşlığın inkişafına da öz müsbət töhfəsini verməsi qeyd olunub. Hər iki dost ölkə arasında bütün beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişlənməsinə ehtiyac olduğunu deyən millət vəkili Q.Paşayeva Malta prezidenti ilə görüş zamanı Azərbaycanda multukulturalizm, qadınların cəmiyyətdə rolu, öz evinə dönə bilməyən köçkün qadınlarımızdan da danışıb və dünyanın hər yerində fəal qadınların onlara dəstəyinin daha da artmasının önəmindən danışıb. 

 

Maltanın prezidenti Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində önəmli müzakirələr apardığını, BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilmiş 7-ci Qlobal Forumunda iştirakı və bu cür tədbirlərin böyük önəm daşıdığını deyib. Q. Paşayeva Malta prezidentinə Qarabağ həqiqətləri ilə bağlı materialları təqdim edib və tanınmış modelyer-dizayner Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan mədəniyyətini özündə əks etdirən əsərini hədiyyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 289

Oxşar yazılar