Qəfil halı pisləşən 58 yaşlı kişi xəstəxanada öldü
Göyçayda ölüm hadisəsi baş verib.
Lent.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, rayonun Qarabaqqal kənd sakini, 1961-ci il təvəllüdlü aprelin 4-də səhər saatlarında halı qəfil pisləşib.
O, Təcili Tibbi Yardım briqadası tərəfindən Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq xəstə dünyasını dəyişib.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.
519