Qəbələdə güclü külək fəsad törətdi
08 sentyabr 2017 18:34 (UTC +04:00)

Qəbələdə güclü külək fəsad törətdi

 

Qəbələdə yaşayış evinin üstünə ağac aşıb.

 

Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Qəbələ şəhərində güclü külək nəticəsində bir neçə ağac fərdi yaşayış evinin üzərinə aşıb.

 

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub və aşan ağacların ərazidən uzaqlaşdırılması üçün tədbirlər görülüb. Ağaclar hissələrə kəsilərək təhlükəsiz əraziyə daşınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 151
avatar

Oxşar yazılar