Martın 18-də saat 21 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsində şəhər sakini Zahid Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən qəsəbə sakini Rövşən Əliyevi vurub. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
BDYPİ tərəfindən araşdırma aparılır.