Qazaxıstan parlamentinin Məclisinə (aşağı palatasına) növbədənkənar parlament seçkiləri başlayıb. APA-nın “Tengrinews”a istinadən verdiyi xəbərə görə, seçki məntəqələrinin əksəriyyəti yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə 05.00-da) açılıb və 20.00-dək (Bakı vaxtı ilə 18.00-dək) fəaliyyət göstərəcək.
Parlamentin aşağı palatasındakı yerlərə görə altı partiya mübarizə aparır.
Seçkilərdə parlamentin 107 deputatı müəyyənləşəcək. Onlardan 98-i partiyaları, 9-u isə Qazaxıstanın Xalq Assambleyasını təmsil edəcəklər.