Qazaxda 10 otaqlı ev yanıb kül oldu
05 avqust 2014 05:48 (UTC +04:00)

Qazaxda 10 otaqlı ev yanıb kül oldu

0

Qazaxda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Hüseynbəyli kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 340 kv.m olan ikimərtəbəli 10 otaqlı evdə baş verib. Nəticədə evin 1-ci mərtəbəsində 6 otağın yanar konstruksiyaları 170 kv.m, 2-ci mərtəbədə 2 otağın yanar konstruksiyaları 100 kv.m və dam örtüyü 170 kv.m sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1029

Oxşar yazılar