Qazaxa 2 milyon manat ayrıldı – SƏRƏNCAM
07 oktyabr 2013 18:47 (UTC +04:00)

Qazaxa 2 milyon manat ayrıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev Qazax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə,
sərəncamla iyirmi altı min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qazax Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılıb.

 


Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540
avatar

Oxşar yazılar