Bakıda oğurluq etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 28-də Nəsimi rayonu ərazisindəki qazanxanalardan birindən pəncərədən girmək yolu ilə orada işləyən Anar Əliyevə məxsus 2 ədəd mobil telefon oğurlanıb.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Abbasov tutulub.