Qaxın Əlibəyli kənd bələdiyyəsinə məxsus qaz borusunu oğurlamış kənd sakini Omik Çaçşvili saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Qax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da rayonun Əlibəyli kənd bələdiyyəsinə məxsus istismar edilməyən 25 metr qaz borusunu oğurlamış kənd sakini Omik Çaçşvili tutulub.
Həmçinin, Gəncə şəhər sakini Taleh Paşayevə məxsus kafedən pul oğurlamış Salyan rayon sakini Maqsud Əliyev Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da tutulub.