Bakıda iki nəfəri bıçaqlayan şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, aprelin 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan Yusif Cəfərovun evində qohumu, Gürcüstan vətəndaşı Ceyhun Kalov münaqişə zəminində ona və arvadı Ofeliyaya bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Kalov tutulub.
Qeyd edək ki, C.Kalov Cəfərovların kürəkənidir.