Azərbaycanda qaydasız döyüş yarışında idmançı rinqdə öldü
28 mart 2015 21:31 (UTC +04:00)

Azərbaycanda qaydasız döyüş yarışında idmançı rinqdə öldü

Martın 27-də Hövsan Olimpiya Kompleksində ölüm hadisəsi qeydə alınıb. Lent.az-ın azerisport.com-a istinadən verdiyi xəbərə görə, qaydasız döyüş üzrə Azərbaycan çempionatı çərçivəsində keçirilən döyüş zamanı 27 yaşlı Ramin Zeynalov ölüb. Qarşılaşmanın 4-cü dəqiqəsində başından zərbə alan idmançı huşunu itirib. Həkimlərin səyi heç bir nəticə verməyib, R.Zaynalov elə rinqdəcə beyninə qan sızmazından keçinib.   

 

Faktla bağlı polisdə araşdırma aparılır.

 

Qeyd edək  Qaydasız döyüş üzrə ölkə çempionatını pankration, qrapplinq və MMA Federasiyası keçirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

Oxşar yazılar