Qaxda uşaqlar yanğına səbəb olub
05 avqust 2014 00:29 (UTC +04:00)

Qaxda uşaqlar yanğına səbəb olub

0
Uşaqlar ehtiyatsızlıqdan oyun oynayarkən tövləyə od vurublar
 
Qaxda yanğın hadisəsi baş verib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, yanğın  rayonun  Meşəbaş kəndində qeydə alınıb. Kənd sakini Liza Babucaşviliyə məxsus ümumi sahəsi 42 kvadratmetr olan, 4 tərəfi taxta yanar konstruksiyalardan ibarət mal tövləsi yanmağa başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax  rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
 
Yanğınsöndürənlərin səylərinə baxmayaraq, tövlə və tövlənin çardağında  olan quru ot kütləsi yanıb.Yanğın nəticəsində tövlənin yaxınlığından keçən elektrik və telefon xəttlərinin yanmasının qarşısı alınıb.Yaxınlıqda olan 40 kvadratmetrlik qonşuya məxsus yaşayış evi də yanğından mühafizə olunub. Ətrafda olanların söylədiyinə görə, yanğının baş verməsinə səbəb ev sahibəsinin uşaqları olub. Onlar ehtiyatsızlıqdan oyun oynayarkən tövləyə od vurublar.
 
Faktla bağlı  FHN-nin Qax rayon DYMH-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1005

Oxşar yazılar