Qaxda ağır qəza: 5 ölü
20 iyun 2015 20:36 (UTC +04:00)

Qaxda ağır qəza: 5 ölü

0

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə Qax rayonunun girəcəyində baş verib.

 

10-UX-515 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil qarşıdan gələn 99-BS-466 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobili ilə toqquşub.

 

Nəticədə “Niva" markalı avtomobilin sürücüsü və 2 sərnişini,  "Mercedes" markalı avtomobildə isə 2 nəfər hadisə yerində ölüb.

 

Hadisə yerinə FHN-in Şəki və Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və xilasediciləri cəlb edilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 215

Oxşar yazılar