Qaxda ağaca çırpılan maşın yandı
01 iyun 2017 04:25 (UTC +04:00)

Qaxda ağaca çırpılan maşın yandı

0

Qaxda yanğınla müşahidə olunan yol qəzası qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qax rayonu, Dəymədağlı kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb, nəticədə avtomobilin yanar hissələri yanıb.

 

Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar