Dekabrın 21-də Dağlıq Qarabağda Ermənistan ordusunun əsgəri ölüb.
APA-nın “tert.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə separatçı rejimin “Müdafiə Nazirliyi” açıqlama yayıb. 1995-ci il təvəllüdlü əsgər David Koloyanın ölümünün səbəbləri araşdırılır. Hadisənin hansı şəraitdə baş verdiyi açıqlanmır.