Qarabağda erməni əsgər öldü
0
0
İşğalçı Ermənistan ordusu Dağlıq Qarabağda daha bir hərbçisini itirib.
Lent.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, hadisə sentyabrın 28-də, səhər saat 06:50 radələrində qeydə alınıb.
Məlumata görə, 20 yaşlı Arman Levonyan Qarabağın şimal istiqamətində yerləşən hərbi hissələrin birində hələ ki müəyyənləşdirilməyən səbəbdən ölümcül güllə yarası alıb.
Hadisənin təfərrüatlarını öyrənmək üçün araşdırma aparılır.
0
0