[b]54 yaşlı kişi özünü kanala atıb -[/b] YENİLƏNİB
13 iyun 2017 12:14 (UTC +04:00)

[b]54 yaşlı kişi özünü kanala atıb -[/b] YENİLƏNİB

0

Ağcabədi rayonu ərazisində Qarabağ su kanalında batan şəxsin kimliyi məlum olub.

  

APA-nın Qarabağ bürosunun xəbərinə görə, kanalda batan şəxsin Laçın rayonunun Şeylanlı kəndindən olan məcburi köçkün, 1963-cü il təvəllüdlü  İsmayılov Tofiq Cəlil oğlu olduğu bildirilir.

 

İlkin məlumata görə, həmin şəxs özünü kanala atıb.

 

Ağcabədi rayonunun Qaradolaq kəndində məskunlaşan şəxsin psixoloji problemlərinin olduğu bildirilir.

 

Hazırda xilasedicilərin axtarışları davam edir.

 

T. İsmayılov ailəlidir, 3 övladı var.

 

 

***

 

11:33

 

Qarabağ su kanalında ölüm hadisəsi baş verib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN ) saytına istinadən məlumatına görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qarabağ su kanalının Ağcabədi rayonu, Qaradolaq kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Kiçik Həcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 343

Oxşar yazılar