Masallıda oğurluq etmiş şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da şəhər sakini Vidadi Məmmədovun evindən qapını sındırmaq yolu ilə məişət əşyaları oğurlamış həmyerliləri Məhəmmədəjan Tağıyev, Sadiq Salmanov və Elməddin Kərimov tutulublar.
Araşdırma aparılır.