Biləsuvar Gömrük dairəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusunda yoxlanılarkən iki ədəd rəsm tablosu və iki ədəd suvenir qabın içərisində yad predmetlərin olduğu görünüb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, sorğu-sual zamanı həmin vətəndaş əl yükündə gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib. Lakin təkrar baxış nəticəsində vətəndaşa məxsus iki ədəd rəsm tablosunun arasında 1100 ədəd, iki ədəd suvenir qabın içərisində isə 400 ədəd olmaqla, cəmi 1500 ədəd “Amor” markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.