Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarını qadınları fahişəliyə cəlb edən şəxsləri müəyyənləşdirib. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Bərdə şəhər sakini Sevinc Vəliyevanın gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə, Ağdam şəhər sakini Qafur Bağırovun qadınları BƏƏ-nin Dubay Əmirliyinə aparıb cinsi istismara məruz qoyması faktları müəyyən edilib.
Araşdırmalar davam etdirilir.